Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və "Gələcəyə Körpü" Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə "Region şagirdləri arasında peşə təhsili sahəsinin təbliği" layihəsinin təqdimatı olub. Tədbirdə çıxış edənlər layihədə Gəncədə fəaliyyət göstərən məktəblərdə təhsil alan yeniyetmə və gənclərin peşə təhsilinə maraqlarının artırılması və bu prioritet sahənin onlar arasında təbliğinin nəzərdə tutulduğunu diqqətə çatdırıblar. Layihə müddətində şagirdlərə peşə təhsili ilə bağlı ekspertlər tərəfindən təlimlər keçiriləcək, eləcə də onların peşə təhsili müəssisələrinə tanışlıq səfərləri təşkil olunacaq. Ümumilikdə 200 nəfər şagirdi əhatə edəcək layihə 4 ay müddətində davam edəcək. Bu dövr ərzində özəl sektorla təhsil müəssisələri arasında potensial əməkdaşlığın perspektivləri də müzakirə olunacaq.
Hüseynxan Hacızadə layihə rəhbəri: Layihənin məqsədi Gəncədə yerləşən 10 ümumtəhsil müəssisəsində təhsil alan hər birində 20 nəfər şagird olmaqla ümumilikdə 200 nəfər şagirdə peşə təhsili sahəsi ilə bağlı məlumatlandırıcı görüşlər təşkil etməkdir. Həmin görüşlər vasitəsilə şagirdlərə bu sahənin perspektivləri haqqında ətraflı məlumat vermək və peşə təhsilinin imicini yaxşılaşdırılması istiqmətində müxtəlif tərəflərin öhdəsinə düşən vəzifələri o cümlədən yüksək əməkdaşlıq məsələlərini müzakirə etməklə bu sahənin təbliğini həyata keçirməkdir.
Nigar İsmayılzadə Peşə Təhsili Agentliyinin şöbə müdirinin müavini: Gəncə şəhərində belə bir layihənin həyata keçirilməsinin böyük bir əhəmiyyəti var. Çünki şagirdlərə peşə sahəsi üzrə ixtisas seçimi, onların bu sahə haqqında maarifləndirilməsi, özünüdərk və onların qabiliyyətinə uyğun olaraq peşə seçimində onlara dəstək verilməsi bugünki əmək bazarında vacib əhəmiyyət daşıyır.
- Baxış: 626