• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1624
— 11.03.2022 20:38

Qanunsuz tikintilərlə bağlı monitorinq

KepezTV Player

Gəncədə qeyri-qanuni tikintilərlə bağlı monitorinq təşkil edilib. Şəhər İcra Hakimiyyəti tərəfindən yaradılan monitorinq qrupunun üzvlərinin apardığı yoxlamalar zamanı Nizami yurdunun müxtəlif ərazilərində qanunsuz tikililər aşkar olunub, bununla bağlı sahibkarlara xəbərdarlıq edilib. Reyd zamanı əsasən hündürmərtəbəli binalarda layihədən kənar olaraq tikinti aparıldığı, eləcə də icazəsi olmayan, buna baxmayaraq inşaat işləri həyata keçirən qeyri-yaşayış obyektləri təsbit edilərək tədbirlər görülüb, vətəndaşlar müvafiq qaydada sənədlərin alınması istiqamətində məlumatlandırılıb. Bildirək ki, bu cür reydlər şəhər İcra Hakimiyyəti tərəfindən mütəmadi olaraq davam etdiriləcək.

Təlatüm Məmmədov monitorinq qrupunun üzvü: Vətəndaşlara müraciətimiz odur ki, qeyri-qanuni tikintilər aparmasınlar, hər hansı tikinti aparmaq istəyərlərsə, qanuni şəkildə şəhərsalma normalarına uyğun, layihə sənədlərini təqdim etsinlər. Bundan sonra əgər qaydalara uyğundursa, şəhər icra hakimiyyəti tərəfindən onlara icazə veriləcəkdir.