• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 929
— 11.03.2022 20:36

Azərbaycan Prezidenti Gürcüstanın ədliyyə nazirini qəbul edib

KepezTV Player

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın ədliyyə naziri Rati Breqadzenin başçılıq etdiyi nümayəndə heyətini də qəbul edib. Görüşdə Azərbaycanla Gürcüstan arasında dostluq əlaqələrinin müxtəlif istiqamətlərdə, o cümlədən nəqliyyat, enerji, ticarət sahələrində uğurla inkişaf etdiyi bildirilib. Söhbət zamanı Azərbaycanın və Gürcüstanın Ədliyyə nazirlikləri arasında təcrübə mübadiləsinin aparılmasının əhəmiyyətinə toxunulub. Rati Breqadzenin ölkəmizə səfərinin və səfər çərçivəsində nazirliklər arasında imzalanan Əməkdaşlıq Memorandumunun bu sahədə əlaqələrin genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub.