• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 791
— 11.03.2022 12:37

Yeni binada primyera

KepezTV Player

Gəncə Dövlət Dram Teatrında ilk tamaşanın nümayişi baş tutub. Milli teatr günündə tamaşıçalara təqdim olunan səhnə əsərinə 30 ildən sonra yenidən müraciət edilib. Teatr kollektivi "Cavad xan"la teatr sevərlərə görüşə gəlib.

Gəncə Dövlət Dram Teatrının yeni binasında ilk tamaşanın premyerası olacaq. Bu tamaşa yerli yazar Nüşabə Məmmədlinin Cavadxan əsəri əsasında hazırlanan eyni adlı tamaşadır.

Tarixi dram olan səhnə əsərində rusların 19-cu əsrin əvvəllərində  Gəncəyə hücumundan və bu hücüma gəncəlilərin Cavad xanın timsalında mücadiləsi canlandırılıb. Xranoloji ardıcıllıqla tamaşaçılara çatdırılan hadisələrdə azadlıq uğrunda mücadilə aparan Cavad xanın obrazı qəhrəmanlıq simvolu kimi təqdim edilib. 30 ildən sonra müraciət edilən bu səhnə əsəri Əməkdar incəsənət xadimi Əsgər Əsgərovun quruluşunda,Elşad Əhmədovun rejissorluğu ilə hazırlanıb.

Nüşabə Məmmədli  "Cavad xan" romanının müəllifi: Çox mənim üçün böyük şərəfdir ki, Gəncəmdə belə möhtəşəm teatr binası açılıb. Çox şadam ki, cavadxan tamaşası ilə açılır. Cavadxanın adı bizim tarixə qızıl hərflərlə yazılıbdır.

Aqil Bəhramlı  Gəncə Dövlət Dram Teatrının direktoru: Cənab Prezident tərəfindən belə yeni inşa oluan möhtəşəm bina hədiyyə olunub. Öz adımdan Gəncə ictimayyəti adından cənab prezidentə təşəkkürümüzü bildiririk. Bu gün Cavadxan tamaşasının premyerasıdır. Müsair texnika bizə imkan veririk tamaşada yeni bir ideya yeni bir sistem həyata keçirək.

Elşad Əhmədov tamaşanın rejissoru: Əslində tamaşanın ideyası, mövzusu ondan ibarətdir ki, tamaşa insanlarımızda vətənpərvərlik ruhunu özündə əks elətdirir.

Tamaşada Cavad xan rolunu Əməkdar artist Elxan Yunis, Cavad xanın həyat yoldaşını isə Xalq artisti Pərvanə Qurbanova canlandırıb. Eləcədə İlham Hüseynov, Murad Ruzigar, Ruslan Həsənov və digər aktyorlar da səhnə əsərində rol alıblar.Aktyorların məharətli çıxışı səhnə əsərini daha baxımlı edib, tamaşa maraqla qarşılanıb.

İlham Hüseynov  aktyor:Bu tamaşada mən Sisyanov rolunda çıxış edirəm. Cavadxan gəncəlilərin yaddaşında qəhrəmanlıq səlnaməsi kimi yaddaşlarda qalıbsa Sisyanovda yaddaşlarad Gəncəyə basqın edən mənfi bir ünsür kimi yaddaşlarda qalacaqdır. Çalışmışam ki, bunu qabarıq şəkildə göstərim.

Murad Ruzigar  aktyor:Gəncənin fəxri Cavadxanın oğlu Hüseynqulu ağanı oynayıram. Əlimdən gələni etmişəm ki, rol yaxşı alınsın. Bu nəqədər yaxşı alınıb tamaşaçılar deyəcək.

"Cavad xan" tamaşası Gəncə Dövlət Dram Teatrın repertuarına daxil edilib.

Elnur Vahidoğlu