• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 962
— 10.03.2022 19:55

Gül-çiçəklərə qənim kəsilənlər

KepezTV Player

Parklara, istirahət guşələrinə, eləcədə yol kənarlarına əkilən mövsümi gül-çiçəklər Gəncəyə estetik gözəllik verir. Göz oxşayan belə mənzərə insanı valeh edir, necə deyərlər ruhunu dincəldir. Ancaq gözəlliyə qənim kəsilənlərin olması təəssüf doğurur. İndi təqdim edəcəyimiz sujetdə xoşagəlməz mənzərənin siz də şahidi olacaqsız.

Gəncə şəhər Yaşıllaşdırma şöbəsinin əməkdaşları şəhəri daha da gözəlləşdirmək üçün müxtəlif növ mövsümi güllər və çiçəklər əkirlər. Yaradılan yaşıllıqlar şəhər sakinlərinin və qonaqların zövqünə oxşayır. Lakin bu gözəlliyi acımadan məhv edənlər də var. Necə deyərlər güllər və çiçəkləri qoparıb aparırlar. Ən çox bu cür halları şəhərin mərkəzi meydanında müşahidə etmək mümkündür. Burada əkilən 150-ə yaxın gül kollarının çoxu oğurlanıb və yaxudda məhv edilib.

Bura şəhərin Xanbağıdır. Mövsümü gülləri və çiçəkləri əkmək üçün bu cür qablar qoyulubdur. Lakin təəsüflə demək olar ki, bu qabların içərisində olan gülllər-çiçəklər qırılıb və yaxudda məhv edilibdir.

Kadrlardan da gördüyünüz kimi qoyulan gül qabları tamami ilə boşdur. Əkilən gül-çiçək yoxdur.

Məsələyə Gəncə şəhər Baş Polis İdarəsindən də münasibət bildirilib. Bu cür xoşagəlməz halların yol verilməz olduğun və qarşısının alınması üçün tədbirlər görüldüyü deyilib.

Şüurlu, düşüncəli şəkildə yaşıllıqlara qənim kəsilənlər inzibati tədbirlərlə yanaşı ictimai qınaqla da cəzalandırılmalıdırlar.

Elnur Vahidoğlu