• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1217
— 10.03.2022 19:56

"Rusiya ordusunun edə biləcəyi ən yaxşı şey geri çəkilməkdir"

KepezTV Player

Türkiyənin vasitəçiliyi ilə Antalyada Rusiya və Ukrayna xarici işlər nazirlərinin görüşü baş tutub. İclasın ardından hər iki nazir eyni zamanda mətbuat konfransı təşkil edib. Ukraynanın xarici işlər naziri Dmitro Kuleba iki məsələnin prioritet olduğunu bildirib. Onun sözlərinə görə, bunlar Mariupolda humanitar dəhlizin yaradılması və 24 saatlıq atəşkəsin elan edilməsidir. Kuleba atəşkəslə bağlı hər hansı irəliləyişə nail olmadıqlarını vurğulayıb. Ukraynalı siyasətçi, həmçinin Rusiyanın tələbinin kapitulyasiyaya bənzədiyini, lakin bunun qəbul edilməyəcəyini bildirib.Kuleba atom elektrik stansiyaları ilə bağlı məsələyə də toxunub. Bildirib ki, Rusiya ordusunun edə biləcəyi ən yaxşı şey atom elektrik stansiyalarından uzaqlaşmaqdır. Diplomat, həmçinin NATO-ya üzvlük və hücumlara qarşı alyansın köməyindən də danışıb.