KepezTV Player
Ağcabədidə 30 yaşlı qız qaçırılıb. Əslən Laçın rayon sakini olan Tutu İbrahimovanın martın 7-dən yoxa çıxdığı deyilir. Məlum olub ki, o Ağcabədi "ASAN Xidmət" Mərkəzindən şəxsi avtomobili ilə işdən çıxıb evə gedərkən, qarşısını kəsib, maşınını əziblər, özünü isə qaçırıblar. Ailənin iddiasına görə, Tutunu xalası oğlu Qeys Cabbarov qaçırıb. Nənəsi deyir ki, Qeys dəfələrlə onun qarşısını kəsib, narahat edirmiş. Hətta bu səbəbdən ailələr arasında narazılıqlar da yaranıb. Tutunun, eləcə də, Qeysin tapılması istiqamətində intensiv əməliyyat-axtarış tədbirləri davam etdirilir.
- Baxış: 949