• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1185
— 10.03.2022 11:59

İndiyədək Ukraynadan Azərbaycana 5000-dən çox vətəndaşımız təxliyə olunub

KepezTV Player

Ukraynadakı vəziyyətlə əlaqədar, bu ölkədən həmsərhəd ölkələrə üz tutan Azərbaycan vətəndaşları və onların digər ölkələrin vətəndaşları olan ailə üzvlərinin Azərbaycana təxliyə olunması istiqamətində davamlı tədbirlər görülür. Xarici İşlər Nazirliyinin məlumatında indiyə qədər Rumıniyanın Buxarest və Yassi, Polşanın Katoviçe şəhərlərinə 12 çarter reysi və çoxlu sayda avtobus reyslərinin təşkil olunduğu vurğulanıb. 5 000-dən çox vətəndaşımız və onların ailə üzvləri Azərbaycana təxliyə olunub. Ukraynadan Moldovaya digər həmsərhəd ölkələrlə müqayisədə dəfələrlə çox sayda vətəndaşımızın keçməsi ilə əlaqədar olaraq təxliyə işlərinin sistemli və nizamlı şəkildə həyata keçirilməsi, habelə onlara yerində dəstək göstərilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin 17 əməkdaşından ibarət heyət martın 7-də Kişinyov şəhərinə ezam olunub. Moldovakı Səfirliyimiz və qeyd olunan dövlət orqanlarının nümayəndələrindən ibarət yaradılmış müvəqqəti əlaqələndirmə mərkəzi işə başlayıb. Növbəti belə əlaqələndirmə qərargahı Polşada yaradılacaq. Bu məqsədlə qeyd olunan qurumların nümayəndələrindən ibarət heyət Polşanın Varşava və Katoviçe şəhərlərinə ezam edilib.