Futbol üzrə Azərbaycan 1-ci divizonunda 17-ci tura yekun vurulub. Son oyun günü “Kəpəz” Gəncədə “Sumqayıt-2”ni qəbul edib. Qarşılaşmaya sürətli başlayan meydan sahibləri 5-ci dəqiqədə hesabı açıblar. Küncdən havalandırılan topa müdafiədən önə çıxan Elçin Əlicanov başıyla tora sancıb. İlk yarı bu hesabla yekunlaşıb. İkinci yarıda da tərəflərin qol vurmaq imkanları olsa da, görüşün əsas vaxtında artırılan dəqiqələrədək hesab dəyişməyib. Ancaq son anlarda rəqibi əks hücumda yaxalayan sarı-göylər ikinci topu çərçivədən keçiriblər. İlk topun müəllifi Elçin Əlicanov yumşaq mərmini boş qapıya göndərərək komandasının qələbəsinin memarı olub. Beləliklə 2 cavabsız qolla qalib gələn “Kəpəz” turnir cədvəlində mövqeyini yaxşılaşdıraraq 2-ci pilləyə yüksəlib.
- Baxış: 934