• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 863
— 08.03.2022 20:40

Məşğulluq imkanlarının artırılması üçün dəstək

KepezTV Player

Dövlət tərəfindən şəhid ailələrinin üzvləri, qazi və müharibə əlillərinin məşğulluq imkanlarının artırılması üçün tədbirlər davamlı olaraq reallaşdırılır. Gəncədə də bu kateqoriyadan olan şəxslərin işlə təminatına dəstək tədbirləri həyata keçirilir.

Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailə üzvləri, müharibə əlilləri və iştirakçıları geniş sosial dəstək tədbirləri ilə əhatə edilir. Həmin tədbirlər çərçivəsində məşğulluq imkanlarının artıtılması xüsusi əhəmiyyət kəsb edir. Proses işğaldan azad edilən ərazilərin və döyüş zonasına yaxın olan bölgələrin sakinlərini, erməni terrorundan zərər çəkən şəxsləri də əhatə edir.

Pərviz Əliyev 6 saylı Əməyin Mühafizəsi Fondunun şöbə müdiri: Respublikanın bütün ərazilərində olduğu kimi, Gəncə şəhəri və ətraf rayonlarda şəhid ailələri ilə dəfələrlə görüş keçirilmişdir. Qəhrəman şəhidlərimizin ailə üzvlərinin arzu və istəkləri nəzərə alınaraq onlar müxtəlif məşğulluq proqramına cəlb olunublar. Qeyd etmək istərdim ki, özünü məşğulluq proqramı çərçivəsində 129 şəhid ailəsi cəlb olunmuşdur onlrdan artıq 84 nəfəri aktivlərlə təmin olunub və öz bizneslərini qurublar. Qalan 45 nəfər isə yaxın vaxtlarda təmin olunacaqlar

Qazi və müharibə iştirakçılarından isə 224 nəfər Özünə məşğulluq proqramına cəlb olunub, onlardan 93 nəfəri artıq aktivlərlə təmin edilib və öz şəxsi işlərini qurublar. 131 nəfərin isə yaxın müddətdə tam təminatları yekunlaşacaq. Həmçinin Dost iş mərkəzinin xətti ilə 73 qazi və müharibə iştirakçısı işlə təmin olunub.

Ömər Ələkbərov qazi: Füzuli, xocavənd, cəbrayıl istiqamətlərində döyüşmüşəm. noyabrın 9-u yaralanmışam. 11 noyabrda isə mənfur ermənilər məni huşsuz vəziyyətdə tapıb və əsir götürüblər. 34 gün erməni əsirliyində qaldım. Qayıtdıqdan sonra Məşğulluq idarəsinə müraciət etdim. 15 gün ərzində müraciətimə baxdılar və maşın yumaq üçün avadanlıqlarla təmin olundum.

Start verilən məşğulluq proqramına isə idarə və müəsisələr qoşulub. Bu marafonda 9 şəhid ailəsinin üzvü, müxtəlif işlərlə tamin olunub.

Elmar Mustafayev şəhid atası: Mənim qardaşım Mustafayev İsmayıl 1992-ci ildə şəhid olub. Onun adını öz oğluma qoydum oda 2020-ci ildə şəhid oldu. Onnan sonra biz məşğulluq idarəsinə müraciət elədik. Çox sağolsular çox razıyıq çilingər avadanlığı verdilər hər cür. Artıq seximiz işləyir və dərmanımızın pulu çıxır.

Dost İş mərkəzinin xətti ilə isə 148 şəhid ailəsi işlə təmin olunub. Bu tədbirlər bununla da yekunlaşmır. Artıq ixtisası və peşəsi olmayan vətəndaşlar müxtəlif peşə hazırlığı kurslarına cəlb olunurlar və onlar istədikləri peşəyə sahib olmaları üçün zəmin yaradılır.

Nərgiz Əhmədqızı