• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1559
— 08.03.2022 20:38

Yel çərşənbəsi qeyd edilib

KepezTV Player

Bu Azərbaycan xalqı Novruzun üçüncü çərşənbəsi sayılan Yel çərşənbəsini qeyd edir. Bu bayramın unudulan adət-ənənələrindən isə qarşıda sujetdə danışacayıq.

Gəncə Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə Uşaq İncəsənət Məktəbi tərəfindən Yel çərşənbəsi ilə bağlı tədbir keçirilib. Gəncə çayının sol sahilində  baş tutan şənlikdə aşıqların ifası dinlənilib, qədim milli xalq oyunlarına tamaşa edilib, Novruz bayramını tərənnüm edən rəsmlər və əl işləri ilə tanışlıq olub. Məktəblilərin ifasında nağaraçılar ansanbılının çıxışı maraqla qarşılanıb. Xalqımızın ən qədim bayramı olan Novruzun üçüncü çərşənbə olan yel çərşənbəsidən danışılıb. Şifahi xalq yaradıcılığında Yelin tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, inancların olduğuna diqqət çəkilib. Bayram tədbirində Gəncənin incəsənət nümayəndələri bayram mahnıları səslənidirib, milli rəqslər nümayiş etdirilib. Novruzun əsas atributları olan bahar qızı, kosa və keçəlin iştirakı ilə bayram tonqalını yandırılıb.

Təvəkkül Hüseynli  Uşaq İncəsənət Məktəbinin direktoru:Biz bütün əsirlər boyu, tarixən qədim adət-ənənələrimizi tərənnüm edirik və xalqımıza göstəririk ki, innən sonra da bizim ənənələrimiz davam edəcəkdir. Bu günkü çərşənbəmiz 8 mart Qadınlar bayramına təsadüf edir. Məndə bundan istifadə edib 8 mart qadınlar bayramını və yel çərşənbsəini təbrik edirəm.

Məmmədəli Balayev  Xalq artisti:8 mart qadınlar bayramı ilə yel çərşənbəsi birlikdə qeyd edilir. Çox gözəldi və yerinə düşmüş bayramdır. 44 günün içində bizim qəhrəman Azərbaycan əsgərləri ali baş komandan İlham Əiiyeb başda olmaqla qalib gəldik. O səngərlərdən elə bir tarix yaratdılar ki, ömür boyu silinməz tarix olacaqdır.