• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1906
— 07.03.2022 13:36

Ukraynanın müdafiə naziri xalqa müraciət edib

KepezTV Player

Çuquyev şəhəri azad olunub

Ukrayna ordusu Xarkov əyalətinin Çuquyev şəhərini Rusiya hərbçilərindən azad edib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Məlumatda müdafiə qüvvələrinin cənub, şərq və şimal istiqamətlərdə müdafiə əməliyyatını davam etdirdiyi, qarşı tərəfin şəxsi heyət və texnikada xeyli itki verdiyi bildirilib. Rusiya Silahlı Qüvvələrinin yüksək rütbəli ordu rəhbərlərindən bir neçəsinin məhv edildiyi deyilib.

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov xalqa müraciət edərək rusların əsas hücum istiqamətlərinin Kiyev, Xarkov, Çerniqov və Nikolayev şəhərləri olduğunu vurğulayıb. Nazir sayıqlığı itirmədiklərini, sərt cavablar verdiklərini, cəbhədə ciddi irəliləyişin olduğunu deyib.Oleksey Reznikov söyləyib ki, xalq böyük şücaət göstərir.