KepezTV Player
Xarici İşlər Nazirliyi Xarkov şəhərində Azərbaycanın fəxri konsulluğunun binasının vurulması ilə bağlı məlumat yayıb. Məlumatda Azərbaycanın fəxri konsulluğunun binasının yerləşdiyi əraziyə endirilən hava zərbələri nəticəsində konsulluğun binasının ciddi dağıntılara məruz qaldığı bildirilir. Eyni zamanda, konsulluq əməkdaşına məxsus avtomobil istifadəyə yarasız hala düşüb.
"Fəxri konsulluğun əməkdaşları xəsarət almayıb və hazırda təhlükəsiz yerdədirlər", - deyə qeyd olunub.
- Baxış: 590