• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 986
— 07.03.2022 12:22

"Fransanın regionun sülh gündəliyini dəstəkləyəcəyinə ümidvarıq"

KepezTV Player

Prezident İlham Əliyev Azərbaycan və Fransa arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlaqədar həmkarı Emmanuel Makrona cavab məktubu ünvanlayıb. "Biz azad olunmuş ərazilərimizin minalardan təmizlənməsi prosesinə Fransanın verdiyi dəstəyi yüksək qiymətləndiririk. Eyni zamanda Ermənistan-Azərbaycan münaqişəsi zamanı 4000-ə yaxın itkin düşmüş soydaşımızın taleyinin aydınlaşdırılması məsələsinə ölkənizin göstərdiyi diqqəti alqışlayırıq", - deyə məktubda vurğulanıb. Dövlət başçısı qeyd edib ki, Azərbaycan sülhün tərəfdarıdır. "Biz ərazi bütövlüyü, suverenlik və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı kimi beynəlxalq hüququn fundamental baza prinsipləri əsasında Ermənistanla sülh sazişi üzrə danışıqlara başlamağa hazırıq. Ermənistanın bu məsələdə konstruktiv mövqe nümayiş etdirməli olduğunun vacibliyini vurğulayaraq Fransanın regionun sülh gündəliyini dəstəkləyəcəyinə ümidvarıq". Sitatın sonu. Qeyd edək ki, bundan əvvəl Fransa Prezidenti Makron Azərbaycanlı həmkarı İlham Əliyevə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibəti ilə təbrik məktubu göndərib. Vurğulayıb ki, Fransa Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələri gücləndirmək arzusundadır.