• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1784
— 06.03.2022 19:59

Təcili tibbi yardıma COVID-19-la bağlı müraciətlər azalıb

KepezTV Player

Son vaxtlar ölkədə koronavirus infeksiyasına yoluxma sayında azalma müşahidə edilir. Bu, da Təcili və Təxirəsalınmaz Tibbi Yardıma edilən müraciətlərin sayına təsir göstərir. Belə ki, son vaxtlar təcili tibbi yardıma Covid19 testi üçün müraciət edənlərin sayı azalıb.

Covid 19 la mübarizə tədbirləri davam edərkən bütün sahələrə olduğu kimi təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının həkimlərinə də böyük məsuliyyət düşür. Təcili tibbi yardım stansiyaları vasitəsilə koronavirus üçün yaxma testi vətəndaşın bədən temperaturu 38 və daha yuxarı olduqda, həmçinin xroniki xəstəliyi olan, təngnəfəslik, boğulma şikayətləri ilə müraciət edən, vəziyyəti ağır xəstələrdən laborator müayinə materialı götürülür.

Yoluxma sayının aşağı düşməsi təcili tibbi yardıma Covid19 testi üçün olunan zənglərə də təsirsiz ötüşməyib. Əvvəllər mərkəzə gün ərzində 500ə yaxın zəng daxil olurdusa hal hazırda bu sayı 200ə yaxındır.

Hərarəti yüksək olub Covid-19 dan şübhələnən xəstələrdən ev və ya iş yerlərində test götürmək virusun yayılmasının qarşısını ala bilər.

Aişə Rzayeva