• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1892
— 04.03.2022 20:11

Buster doza ilə 3400-ə yaxın müəllim peyvənd olunub

KepezTV Player

Hazırda koronavirus səbəbindən Gəncənin məktəb və siniflərində tədris distant formada aparılmır. Vaksinasiya və görülən digər qabaqlayıcı tədbirlər dərslərin əyani formada təşkilini mümkün edib. Pandemiyanın təhsil prosesinə təsirini minimallaşdırmaq üçün təhsil işçiləri arasında peyvədləmə davam edir.

Gəncənin məktəblərində pedaqoji və texniki heyətinin koronavirusa qarşı gücləndirilmiş doza üzrə peyvənd edilməsi davam edir. Proses vaksinasiya məntəqələri ilə yanaşı təhsil ocaqlarında da səyyar formada təşkil edilir.

Peyvəndlənənlər barədə məlumat elektron qeydiyyat sistemi vasitəsilə aparılır. Eləcə də 3-cü dozanın vurulduğunu təsdiq edən pasport təqdim olunur.

Gəncənin orta məktəblərində 5 minə yaxın təhsil işçisindən 3390-ı üçüncü doza üzrə peyvənd olunub. Bu isə peyvənd olunan müəllimlərin təxminən 68 faizi deməkdir.

Hazırda Şəhər üzrə 1 müəllim və 3 şagird aktiv koronavirus xəstəsi kimi ev şəraitində müalicə olunurlar.

 

Elnur Vahidoğlu