• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1096
— 02.03.2022 20:15

Gəncənin icra başçısı sakinlərlə görüşüb

KepezTV Player

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov vətəndaşlarla səyyar görüş keçirib.Müraciətlər arasında su və çirkab su xətlərinin çəkilişi, abad məhəllələrin yaradılması, bir sıra küçə və döngələrin asfaltlanması, bəzi ərazilərdə su təchizatının yaxşılaşdırılması, küçə işıqlandırılması sisteminin qurulması, işlə təminat və sair məsələlər üstünlük təşkil edib. Məlumat verilib ki, Gəncə şəhərində “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsi icra olunur. Gəncə küçələrinin və qəsəbədaxili yolların asfaltlanması, məhəllələrin abadlaşdırılması şəhərin su və çirkab su sisteminin yenidən qurulması məqsədi ilə həyata keçirilən sözügedən layihəyə paralel şəkildə aparılır. Bununla yanaşı, Gəncədə küçə işıqlandırılması ilə bağlı yeni layihə həyata keçirlir. Şəhərin bütün küçələrində yeni işıq dirəklərinin quraşdırılması, bir çox ərazidə isə mövcud işıq dirəklərinin təmiri və yenilənməsi nəzərdə tutulub. Səsləndirilən digər problemlərin bir çoxu yerindəcə öz həllini tapıb, bəzilərinin isə araşdırılaraq qanunamüvafiq formada həll üçün tapşırıqlar verilib.