• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1862
— 25.02.2022 23:36

Xocalı soyqırımı anıldı

KepezTV Player

Gəncə şəhər Gənclər və İdman Baş idarəsinin təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib. "Xocalı bəşəriyyətə qarşı tarixi cinayət" adlı tədbir Nizami yurdunda bu rayonun sakinləri üçün salınan qəsəbədə baş tutub. Burada idarənin əməkdaşları, Xocalıdan olanlar və gənclər soyqırım qurbanlarının xatirəsini əbədiləşdirmək üçün ucaldılan ana harayı abidəsini ziyarət ediblər, önünə tər qərənfillər düzüblər. Anım mərasimində faciə haqda danışanlar törədilən qırğının, dinc əhaliyə tutulan amansız divanın Azərbaycan tarixinə ən dəhşətli, qanlı hadisə kimi düşdüyünü deyiblər. Eyni zamanda vurğulanıb ki, hər bir azərbaycanlının, xüsusilə də gənc nəslin ən vacib vəzifəsi Xocalı faciəsi ilə bağlı gerçəklikləri dünya icatimaiyyətinə çatdırmaqdan ibarət olmalıdır.