• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1777
— 26.02.2022 16:05

Ağdamda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

KepezTV Player

Ağdamda Xocalı faciəsinin 30-cu il dönümü ilə bağlı yürüş keçirilib. Yürüşdə Prezidentin Xüsusi Nümayəndəliyinin, Ağdamın tikinti və bərpasında iştirak edən şirkətlərin, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhid ailələri və hərbiçilər iştirak ediblər. Yürüş, Prezidenitin Xüsusi Nümayəndəliyinin qərargahının qarşısından Ağdamın Şəhidlər xiyabanına qədər davam edib. Şəhidlərin əziz xatirəsi yad olunub və ruhlarına dualar oxunub. Qeyd edək ki, Ağdamın Şəhidlər xiyabanı Xocalı faciəsi zamanı şəhid olan soydaşlarımızın dəfn edildiyi əsas məkan olub.