• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 761
— 26.02.2022 12:16

Xocalı muzeyində anım tədbiri keçirilib

KepezTV Player

Gəncədə “Yeni qəsəbə -2” də yerləşən Xocalı rayon Yaloba kənd Tarix-diyarşünaslıq muzeyində Xocalı faciəsi yad edilib. Gəncə Dövlət Tarix Mədəniyyət Qoruğunun Nizami məqbərə filialı ilə birlikdə keçirilən təbirdə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində insan qanına susamış erməni cəlladlarının törətdiyi soyqırımdan danışılıb. Yüzlərlə dinc insanın qətlə yetirilməsi haqqında məlumat verilib. O dəhşətli gecədə erməni vandalları dünyada misli görünməyən vəhşiliklər etməsi xüsusi ilə vurğulanıb. Tədbirdə Xocalı məktəblilərinin hazırladıqları kompazisiya nümayiş etdirilib, şerlər səsləndirilib.