• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1822
— 26.02.2022 12:13

XİN Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı bəyanat yayıb

KepezTV Player

Xarici İşlər Nazirliyi Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir: "Ermənistanın Azərbaycana qarşı onilliklər ərzində davam edən təcavüzü zamanı dinc əhaliyə qarşı törədilmiş ən ağır cinayətlərdən biri və Birinci Qarabağ müharibəsinin ən faciəli səhifəsi Xocalı şəhərinin dağıdılması və onun sakinlərinin soyqırımına məruz qalması olub. Xocalıda dinc əhalinin heç bir fərq qoyulmadan qətlə yetirilməsi Ermənistanda dövlət səviyyəsində həyata keçirilən azərbaycanlılara qarşı etnik nifrət və irqi ayrı-seçkilik siyasətindən irəli gəlir. Bu, günahsız insanların sadəcə etnik mənsubiyyətinə görə öldürülməsinə səbəb oldu. Xocalıda törədilən cinayətlər Ermənistanın azərbaycanlılara qarşı sistematik zorakılıq siyasətinin tərkib hissəsi olub. Xocalı qətliamı və Ermənistanın Azərbaycan Respublikasına təcavüzü zamanı törətdiyi digər cinayətlər, o cümlədən hərbi cinayətlər, insanlığa qarşı cinayətlər və soyqırımı insan hüquqları və beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulmasıdır".