• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1581
— 26.02.2022 12:10

Ermənilərin azərbaycanlılara qarşı törətdikləri Xocalı soyqırımından 30 il ötür

KepezTV Player

30 il əvvəl fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarların xalqımıza qarşı törətdiyi kütləvi qırğında 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla 613 nəfər həyatını itirib. 1275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. 8 ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. 16 dövlətin milli qanunvericilik orqanı, həmçinin İslam Əməkdaşlıq Təşkilatı faciənin soyqırımı və insanlıq əleyhinə cinayət aktı kimi tanınmasına dair qərarlar qəbul edib. Hazırda Xocalıdan olan məcburi köçkünlər ölkənin 50 şəhər və rayonunda məskunlaşıb. Ermənistan silahlı birləşmələri Xocalını işğal edərkən ölkəmizə 170 milyon dollardan çox ziyan vurub.