• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1547
— 25.02.2022 20:10

Gəncə şəhər təşkilatının sədri idmançılarla görüşüb

KepezTV Player

Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri Ramil Orucov idman ictimaiyyəti ilə görüşüb. Dünya və ölkə idman yarışlarında uğurlu nəticə göstərən gəncəli idmançılar və onların məşqçiləri ilə görüşdə YAP sədri idmana olan dövlət qayğısından, bu sahədə həyata keçirilən tədbirlərdən, idman və bədən tərbiyəsinin inkişafı məqsədilə görülən işlərdən danışıb. Ulu öndər Heydər Əliyevin ideyalarının layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən idman siyasətinin uğurla davam etdirildiyini qeyd edən Ramil Orucov bildirib ki, bu gün Azərbaycan dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi qəbul olunurlar. İdmana göstərilən dövlət qayğısı, onun inkişafı üçün yaradılan şərait respublikamızı Avropa və dünya çempionatlarının keçirildiyi bir məkana çevirdi. Artıq ölkəmiz dünyada həm də bir idman ölkəsi kimi tanınır. Qarşılıqlı diskussiya şəraitində keçən görüşdə idmançıların əldə etdiyi uğurların davamlı olacağına əminlik ifadə olunub, onlara Azərbaycanın üçrəngli bayrağını hər zaman zirvələrdə dalğalandırmaq arzulanıb.