• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 925
— 25.02.2022 20:03

Xocalı soyqırımının 30 illiyinə həsr olunmuş konfrans

KepezTV Player

Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsində Xocalı soyırımının 30 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib. Konfransdan öncə iştirakçılar Xocalı soyqırımının dəhşətlərini əks etdirən kitab sərgisi ilə tanış olub, Xocalı soyqırımının foto səlnaməsinə baxıblar. Akademik Fuad Əliyev dövlət başçısının Xocalı soyırımının 30-cu ildönümü haqqında Sərəncamında qarşıya qoyulan vəzifələri qeyd edərək onların yerinə yetirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb. Soyqırımın insanlığa qarşı kütləvi terror hadisəsi olduğu bildirilib. Tədbirdə “Soyqırım – Ümumdünya Konvensiyasının qəbul etdiyi hüququ akt”, “Xocalı soyqırımının Azərbaycan bədii ədəbiyyatında əks-sədası”, “Folklorumuz xalqın qan yaddaşıdır” mövzularında çıxışlar olub. Törədilən cinayətə beynəlxalq hüquq müstəvisində lazımi qiymətin verilməsinin vacibliyi önə çəkilib.