• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1653
— 25.02.2022 12:13

ADAU-da “Agrotech” tədbiri

KepezTV Player

Azərbaycan Dövlət Aqrar Universitetinin ev sahibliyi, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycan üzrə missiyasının maliyyə dəstəyi ilə kənd təsərrüfatı ilə bağlı “Agrotech Workshop and Hackathon” innovasiya tədbirinin açılış mərasimi keçirilib. Müsabiqə xarakterli tədbir iştirak tələbələrin innovasiya yönümlü potensiallarının aşkarlanması, komanda quruculuğu və ideya inkişafı bacarıqlarının inkişaf etdirilməsinə hədəflənib. Aqrar sektorda innovasiya və rəqəmsallaşma istiqamətində planlardan danışılıb. Adıçəkilən hakaton 3 gün davam edəcək və yekunda ilk üç yeri tutan komanda qiymətli hədiyyələrlə mükafatlandırılacaq.