• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1536
— 25.02.2022 12:19

Narkomaniya ilə mübarizə çərçivəsində növbəti tədbir

KepezTV Player

Gəncədə mütəmadi olaraq keçirilən “Narkomaniyaya yox deyək” mövzusunda növbəti maarifləndirici tədbir reallaşıb. 21 nömrəli tam orta məktəbdə baş tutan tədbirdə Kəpəz rayon Polis İdarəsinin rəisi Nəvai Qasımov məktəblilərlə narkotik maddələrdən istifadənin fəsadları barədə ətraflı məlumat verib, bununla bağlı ölkədə genişmiqyaslı maarifləndirmə işlərinin aparıldığı diqqətə çatdırılıb. Ağ ölümüm son illər yaş həddinin gəncləşdiyi, xüsusilə məktəblilər arasında da narkotik maddalərdən istifadə hallarının artdığı, onun üçün də bu cür təbliğat xarakterli söhbətlərin aparılmasının xüsusi əhəmiyyəti olduğu vurğulanıb. Tədbirdə şagirdləri maraqlandıran suallar da cavablandırılıb. Sonda narkomaniyanın fəsadlarından bəhs edən videoçarx nümayiş etdirilib.