• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1651
— 22.02.2022 16:09

ADAU-da təqdimat keçirilib

KepezTV Player

Azərbaycan Dövlət Aqrar Universitetinin ev sahibliyi, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və “AgroDairy” şirkətinin təşəbbüsü ilə əməkdaşlığın genişləndirilməsinə həsr olunmuş tədbir keçirilib. Çıxış edənlər əsas məqsədin ölkədə aqrar sahədə kadr hazırlığı aparan Aqrar Universitetin məzunlarının gələcəkdə mütəxəssis kimi yetişmələrinə və işlə təmin olunmasına yönəldildiyini diqqətə çatdırılıblar. Ölkədə aqrar sahədə fəaliyyət göstərən şirkətlər tərəfindən iri taxılçılıq təsərrüfatlarının yaradılması və fəaliyyəti müzakirə olunub, müasir kənd təsərrüfatı mütəxəssislərinə olan tələbatla bağlı təqdimat keçirilib. Tədbirin sonunda tələbə və məzunların sualları cavablandırılıb, onları maraqlandıran məqamlara aydınlıq gətirilib.