• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1606
— 22.02.2022 12:20

Azərbaycanlı deputatlar Avronest PA-nın iclasında

KepezTV Player

Ermənistanın paytaxtı İrəvanda AVRONEST Parlament Assambleyasının komitə iclası başlayıb.<br>Milli Məclisin deputatları Tahir Mirkişili və Soltan Məmmədov toplantıda iştirak edirlər.&nbsp;Millət vəkili Soltan Məmmədov çıxışında bütün hərbi əsirlərin, bütün saxlanılan şəxslərin müharibə bitdikdən sonra Ermənistana təhvil verildiyini söyləyib. “Hazırda mühakiməsi davam edən şəxslər müharibədən sonra tutulublar. Bütün bu tədbirlər beynəlxalq hüquqa uyğun olaraq keçirilir. Mən daha Birinci Qarabağ müharibəsində taleyi məlum olmayan 4 000 azərbaycanlıdan bəhs etmək istəmirəm. Onlar əsir götürülüb, öldürülüblər. Bu məsələ Avropa İttifaqı ilə də müzakirə edilib”, - deyə deputat vurğulayıb. Deputat Tahir Mirkişili isə azad olunmuş ərazilərdəki evinə baş çəkdiyini qeyd edərək “Siz mənim evimin necə vəziyyətdə olduğunu görsəydiniz, bunun necə faciəli olduğunu başa düşərdiniz. Sizin əsgərlərin bizim Vətənimizdə nə etdiyini görərdiniz” deyib. İkinci Qarabağ müharibəsində hər iki tərəfdən insan itkilərinə toxunan millət vəkili vurğulayıb ki, Azərbaycan hər hansı revanşist cəhdlər görmək istəmir: “Bu münaqişə gələcək deyil, artıq keçmişdir. Biz gələcəkdə nələr istəyirik, bu barədə danışaq. Sülh müqaviləsinə nail olunması xalqlarımız, regionun inkişafı üçün çox yaxşı şans olardı”. Sitatın sonu.