• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2029
— 21.02.2022 20:30

Vaksinasiya ilə yanaşı əks-epidemik tədbirlər görülür

KepezTV Player

Gədəbəy rayonunda COVİD 19-a qarşı peyvəndləmə işi davam edir. Vətəndaşlar könüllülük prinsipi əsasında, mərhələli şəkildə həyata keçirilir.

Koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində Gədəbəy rayonunda yaşı 40-dan yuxarı olanlar, təhsil, səhiyyə, bank və digər sahələrdə çalışanlar Mərkəzi Rayon Xəstəxanasında peyvənd edilirlər. Tibb müəssisəsinin poliklinika şöbəsində vaksinasiya üçün müraciət edənlər qeydiyyata alınır və həkim müayinəsindən keçirlər. Peyvəndə əks göstərişi olmayan sakinlərə vaksin vurulur.

Şükufə Fətəliyeva sakin: Vaksini vurdurmuşam. Heç bir problem yaranmayıb. Allah qoysa, heç bir problem yaranmaz. Mən vətəndaşların hamısını çağırıram ki, vaxtlı-vaxtında gəlib vaksinlərini vurdursunlar.

Şəfiqə Əhmədova sakin: Yenikənddən gəlmişik vaksin vurdurmağa. Vətəndaşlara da müraciətim budur ki, gəlsinlər heç bir narahatlıq yoxdur. Heç bir narahatlıq hiss etmədim. 3-cü doza vaksin vurdururam. Heç bir problemdə yoxdur.

Gülgəz Hüseynova sakin: Könüllü şəkildə gəlmişəm. Özümü pis hiss etmirəm. 3-cü dozanı vurdurmuşam.

Rayonun ucqar dağ kəndlərində bu proses paralel olaraq aparılır. Səyyar qruplar həkim məntəqələrində sakinlərin müraciətlərini qəbul edirlər.

Adilə Paşayeva sakin: Gədəbəy rayonunun Slavyanka kənd sakiniyəm. 3 doza vaksin vurdurmuşam. Bütün sakinlərə çağırış edirəm ki, hamı bir nəfər kimi peyvənd olsun. Mən özüm yoluxmuşdum, çox yüngül keçirtdim. Evdə müalicə aldım. Hamıya çağırış edirəm bir vətəndaş kimi, bir ana kimi hamı vaksinləndim.

Mariya Strilyayeva sakin: Slavyanka kəndində yaşayıram. Həkimlər sağ olsun, gəlib vaksin işini həyata keçirirlər. Sağlam olmaq üçün hər bir vətəndaş vaksin olunmalıdır. Mən belə düşünürəm.

Vaksinin əhəmiyyəti immuniteti gücləndirmək yolu ilə xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaq və nəticədə səhiyyə sisteminə düşən yükü azaltmaqdan ibarətdir. Koronavirusa qarşı mübarizə aparmağın yolu vaksin olunmaqdan keçir.

Əmirxan Aslanov Gədəbəy RMX-nın Poliklinika şöbəsinin müdiri: Gədəbəy Mərkəzi rayon xəstəxanası da 2021-ci ilin Yanvar ayından etibarən peyvəndləmə prosesinə start verib. Peyvəndlənmə prosesi bizdə mərkəzdə təşkil olunmuşdur. Eyni zamanda prosesin aktiv getməsi üçün yerlərdə səyyar qruplar yaradılıb. 121 min 40 nəfər bu günə kimi peyvənd olunub. Bunlardan 48 min 60 nəfər birinci doza, 43 min 600 nəfər ikinci doza, buster doza vaksini qəbul edənlər isə 29 min 422 nəfərdir.

Gədəbəy rayonunda əhalinin vaksinasiya strategiyasına uyğun olaraq əks-epidemik tədbirlər də plana uyğun olaraq davam etdirilir.

Valeh Anaroğlu