• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2282
— 21.02.2022 12:39

Sanitar-karantin qaydalarını pozan şəxslər məsuliyyətə cəlb ediliblər

KepezTV Player

Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlərə uyğun olaraq, ictimai nəqliyyatda- taksi, avtobuslarda sürücülərin COVİD-19 pasportunun olub-olmaması tibbi maskalardan istifadə, sosial məsafənin qorunması qaydalarına diqqət yetiriblər.

Keçirilən monitorinq zamanı sürücü və sərnişinlərə sosial məsafənin gözlənilməsi, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin vacibliyi, yaxud düzgün istifadənin zəruriliyi barədə vətəndaşlara tövsiyələr verilib. Cari ilin müvafiq dövrü ərzində bu qaydalara əməl etməyən 120-yə yaxın şəxs barəsində intizam tənbeh tədbirləri tətbiq edilib.

Polis əməkdaşları rayon ərazisindəki kafe-restoranlardakı müştəri və personalların 3-cü doza vaksinasiya olub-olmamasını yoxlayıblar. Polis əməkdaşları obyekt sahibləri ilə izahedici-profilaktiki söhbətlər apararaq, koronavirus infeksiyasının fəsadları və mövcud sanitar-gigiyenik tələblər izah ediblər. Bildirilib ki, qeyd edilən məkanlarda müvafiq dezinfeksiya vasitələri olmalı, xidmət personalı mövcud sanitar qaydalarına riayət etməli, müştərilərə də bu qaydalar xatırladılmalıdır.

Daha sonra monitorinq tədbirləri fəaliyyətinə qanunamüvafiq qaydada icazə verilən şadlıq evləri ilə davam etdirilib. Mərasimə dəvət olunan qonaqların COVİD-19 pasportlarının etibarlılıq müddətini yoxlanılıb. Araşdırmalar zamanı 2-ci dozanın qəbul edilməsindən 180 gün keçən vətəndaşlar sadlıq sarayına buraxılmayıb. Şöbə əməkdaşlarının cari ilin müvafiq dövründə keçirdikləri monitorinqlər nəticəsində ümumilikdə 350-yə yaxın karantin qaydalarının pozulma gaktı aşkar edib ki, həmin faktlar barəsində qanunamüvafiq tədbir görülüb.