• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 942
— 21.02.2022 12:28

Mehriban Əliyevanın Birinci vitse-prezident kimi fəaliyyətə başlamasından 5 il ötür

KepezTV Player

Bu gün Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti kimi fəaliyyətə başlamasından 5 il ötür.Birinci vitse-prezidentin göstərdiyi uğurlu fəaliyyət, gördüyü işlər çoxşaxəli və əvəzolunmazdır.2017-ci ildən keçən 5 ilin uğurlu göstəriciləri, mövcud reallıqları Mehriban Əliyevanın özünün yeni missiyasını da layiqincə yerinə yetirdiyini, Birinci vitse-prezident kimi fəaliyyəti ilə Azərbaycan Prezidenti İlham Əliyevin siyasi kursunun uğurla reallaşmasında fəal iştirak etdiyini göstərdi. 2016-cı ilin Aprel döyüşlərində xəsarətlər almış qəhrəman hərbçilərimizin hərtərəfli qayğı ilə təmin edilməsi, yataqxanalarda müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin yeni mənzillərə köçürülməsi Mehriban Əliyevanın Birinci vitse-prezident kimi uğurlu fəaliyyətinin tərkib hissəsi idi.2020-ci ilin sentyabrında başlayan 44 günlük Vətən müharibəsində isə Azərbaycanın Brinci vitse-prezidentinin döyüşlərdə yaralanmış əsgər və zabitlərimizin müalicəsini birbaşa nəzarətinə götürməsi bir daha xalqımızın dərin rəğbəti ilə qaşılandı. Məhz Mehriban Əliyevanın şəxsi diqqətilə qəhrəman hərbçilərimiz hərtərəfli qayğı ilə təmin olundular.