• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2244
— 20.02.2022 20:15

1418 nəfər magistr imtahanı verib

KepezTV Player

Dövlə İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının  magistraturalarına qəbul imtahanı keçirilib. Gəncədə  imtahan 6 binada təşkil edilib, 6 ümumimtahan rəhbəri və 126  nəzarətçi müəllim, eləcə də 16 imtahan rəhbəri iştirak edib. 1418 nəfərin qatıldığı imtahan bütün binalarda  təlimata uyğun şəkildə baş tutub. COVID-19 infeksiyası ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində binaya daxil olan iştirakçıların hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. Heç bir qanun pozuntusu aşkar olunmayıb. Cavablar yaxın günlərdə açıqlanacaq.