• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 757
— 18.02.2022 12:03

Tanınmış səyyahların azad edilən ərazilərə səfəri başa çatıb

KepezTV Player

21 ölkənin tanınmış səyyahlarından ibarət qrupun Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri başa çatıb. Sonuncu gün səyahətçilər azad olunan ərazilərdə aparılan bərpa işləri və Zəngilanın Ağalı kəndində həyata keçirilən “ağıllı şəhər” konsepsiyası, həmçinin Zəngəzur dəhlizinin Zəngilan rayonu ərazisindən keçən hissəsində dəmir yolunun bərpası üzrə görülən işlərlə tanış olublar. 3 günlük səfər zamanı səyyahlar Füzuli-Şuşa-Ağdam-Kəlbəcər-Laçın dəhlizi-Qubadlı-Zəngilan marşrutu üzrə işğaldan azad edilmiş ərazilərdə olublar.