"Qarabağ” UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyununu keçirib. Tarixi matçda komandamız Fransa "Marsel"inin qonağı olub. "Velodrom" stadionunda oynanılmış qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə hesabı Marsel futbolçuları açıb. 41-ci dəqiqədə künc zərbəsi zamanı qonaqların gürcüstanlı qapıçısı çıxışda səhvə yol verib. Fürsətdən maksimum yararlanan Arkadiuş Milik 41-ci dəqiqədə hesabı açıb. “Qarabağ” qolun şokundanm ayılmamış ikinci topu qapısında görüb. Cəmi 3 dəqiqə sonra polşalı hücumçu dublunu rəsmiləşdirib. Bu epizodda futbolçularımızın ardıcıl səhvləri həlledici rol oynayıb. 85-ci dəqiqədə “Qarabağ” buraxılan toplardan birinin əvəzini çıxıb. Andradenin qapı istiqamətində ötürməsindən sonra Kadi Borges topu qapıdan keçirib. Bununla belə Olimpik iki topluq fərqi bərpa etməyə nail olub. Dmitri Payet əsas vaxta əlavə olunmuş 2-ci dəqiqədə qonaqları 3-cü dəfə meydanın mərkəzinə dəvət edib. Komandalar arasında cavab qarşılaşması fevralın 24-də Bakıda keçiriləcək.
- Baxış: 890