• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 926
— 17.02.2022 20:48

TARSİM-in nümayəndə heyəti ilə ADAU-da görüş keçirilib

KepezTV Player

Türkiyənin Kənd Təsərrüfatı sığortaları sistemi – TARSİM-in nümayəndə heyəti Azərbaycanda səfərdədir. Səfər çərçivəsində qonaqların növbəti görüş ünvanı Azərbaycan Dövlət Aqrar Universiteti olub. Görüşdə aqrar sığorta mexanizminin mühüm xüsusiyyətlərindən biri - fermerlərin təsərrüfatı, məhsullarını və gəlirlərini qorumaqla həm də biznesin maliyyə əlçatanlığının təmin edilməsi haqqında ictimai müzakirə keçirilib. İnkişaf etmiş ölkələrdə aqrar sığortanın kənd təsərrüfatı istehsalçılarının maliyyə vəsaitlərinə çıxışını asanlaşdıran çevik alətə çevrildiyi barədə fikir mübadiləsi aparılıb. Səfərdə məqsəd Azərbaycanda TARSİM-in dəstəyi və təcrübəsindən istifadə etməklə yaradılan aqrar sığorta mexanizminin fəaliyyəti ilə tanışlıq, sistemin fəaliyyətə başlamasından ötən müddət ərzində əldə edilən nəticələrin təhlili, təcrübə mübadiləsi, eləcə də Azərbaycanın bu təcrübəsinin başqa ölkələrdə tətbiqi imkanlarını müzakirə etməkdir.