• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1024
— 17.02.2022 12:22

Novruz bayramı ilə bağlı qeyri-iş günlərinin sayı açıqlanıb

KepezTV Player

Dövlət Əmək Müfəttişliyi Xidməti Novruz bayramı ilə bağlı qeyri-iş günlərinin sayını açıqlayıb. Mart ayının 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır. Martın 20-si bazar gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 25 mart qeyri-iş günü olacaq. Beləliklə, 19, 26 və 27 mart tarixləri də şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Novruz bayramı ilə əlaqədar 9 gün ardıcıl iş olmayacaq.