• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1071
— 16.02.2022 19:52

İyirmi ölkədən beynəlxalq səyahətçilər Qarabağ və Şərqi Zəngəzura səfər edib

KepezTV Player

Fevralın 16-da 20 ölkədən 30-dan çox dünyaşöhrətli beynəlxalq səyahətçinin Qarabağ və Şərqi Zəngəzura səfər edib.Fevralın 18-dək davam edəcək səfər Yer kürəsini müvafiq parametrlər əsasında 1301 regiona bölərək bu sahədə səyyahlar üçün beynəlxalq standartları müəyyənləşdirən dünya miqyaslı “NomadMania” klubunun təşkilatçılığı ilə həyata keçirilir. Şuşa ilə yaxından tanışlıqdan sonra bu gün beynəlxalq səyahətçilər Ağdamda olub. Tanınmış fotoqraf Reza Deqati Ağdamın dünəni və bu günü ilə bağlı səyyahlar qarşısında sərgi ilə çıxış edib. İndi işğaldan azad edilmiş digər yerlər kimi, Ağdama da həyat yenidən qayıdır, bərpa və quruculuq işləri sürətlə davam etdirilir.Beynəlxalq səyahətçilər Qarabağdan sonra Şərqi Zəngəzura səfər edəcək, törədilmiş urbisidi öz gözləri ilə görəcəklər. Həmçinin Zəngəzur dəhlizinin açılması istiqamətində görülən işlərlə yerində tanış olacaqlar. Dünya səyyahları fevralın 18-də səfər qeydlərini Bakıda mətbuat konfransı keçirərək ictimaiyyətlə bölüşəcəklər.