• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1148
— 15.02.2022 20:34

Gənclər paytaxtı - Tovuz

KepezTV Player

Hər il Gənclər günündə Bakı istisna olmaqla Azərbaycanın bir şəhər və ya rayonu Gənclər paytaxtı adını qazanır. 2022-ci il üçün isə Gənclər paytaxtı Tovuz seçilib. Bu barədə sujetimiz var gəlin izləyək.

Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunan Gənclər Forumunda Azərbaycanın növbəti "Gənclər Paytaxtı"nın adı elan edilib. Püşkatmanın nəticəsinə əsasən Tovuz 2022-ci il üçün Azərbaycanın "Gənclər Paytaxtı" olub. Bu da nəyin ki, cavanları bütün Tovuz əhalisini sevindirir. Gənclər hər il olduğundan daha çox layihələr hazırlayırb icra etmək əzmindədirlər.

Tovuzun digər gənclər paytaxtından fərqi onda olacaq ki, layihələrə nəyin ki, tovuzlular eyni zamanda bütün Azərbaycan gəncləri və xaricdə təhsil alan vətəndaşlarımız da qoşulacaq. Belə olan təqdirdə tək Gənclər evi yox eyni zamanda Gənclərin inkişaf və karyera mərkəzi, Gənclər və idman idarəsinin könüllüləri də bu layihələrə öz töhvələrini verəcək.

2012-ci ildən etibarən hər il müəyyən edilən "Gənclər Paytaxtı" adını Gəncə, Biləsuvar, Quba, İsmayıllı, Şəmkir, Balakən, Naxçıvan, Şamaxı, Masallı, Göygöl daşıyıb.

Nərgiz Əhmədqızı