• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1260
— 14.02.2022 19:49

Fərqlənmə diplomlarının fərqləri

KepezTV Player

Azərbaycanda ali təhsil müəssisələrini bitirənlər adi yəni göy rəngdə və qırmızı yəni fərqlənmə diplomu alırlar. Amma bu gün artıq heç kəsi qırmızı diplomla təəccübləndirmək mümkün deyil. Maraqlıdır, qırmızı diplomun gələcək üçün hər hansı üstünlüyü varmı? Fərqlənmə diplomlarının fərqləri nədir? Əməkdaşlarımızın bununla bağlı araşdırmasını izləyək.

Fərqlənmə diplomlu olmaq üçün təhsil müddətində tədris olunan fənlər üzrə semestr qiymətlərinin 75 faizindən çoxu "əla", yerdə qalanı isə "yaxşı" olmalıdır. Yəni umiversiteti qırmızı diplomla bitirmək prestij, üstünlük də hes edilə bilər. Ancaq görünən odur ki, artıq əvvəlki illərdə olduğu kimi qırmızı diploma maraq, universiteti fərqlənərək bitirmək  tələbələr üçün elə də önəmli deyil. Niyəsini təhsil alanların özlərindən eşidək.

Azərbaycan Texnologiya Universitetini fəqlənmə doplomu ilə bitirən tələbələrin sayında, son 3 ilin rəqəmlərində nisbətən artım müşahidə olunsa da fərqlənmə diplomunun əmək bazarında elə də üstünlüyünün olmadığı danılmazdır. Bəs universiteti fərqlənmə ilə bitirən tələbələr hansı avantajlara sahibdir?

Dünya təcrübəsində isə diplom fərqliliyi yoxdur, standart diplomlar var. Həmin diplomlar tələbənin  təhsilinin yetərliliyi nəzərə alınmaqla verilir və neçə balla universiteti bitirdiyini göstərilir. Bu bal da işə qəbul, müsahibələr zamanı nəzərə alınır. Bizdə isə yanaşma tam fərqlidir.

Universiteti adi və ya fərqlənmə ilə bitirməkdən asılı olmayaraq tələbələrin  öz ixtisasına tam yiyələnməsi və yuxarı nəticələrlə məzun olması gələcək iş imkanlarında daha uğurlu olmalarına zəmin yaradacaq.

 

Aişə Rzayeva