• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1048
— 14.02.2022 15:55

COVID-19 pasportu ilə bağlı yeni tələb

KepezTV Player

Koronavirus əleyhinə iki doza peyvənd olunanların vaksininin 2-ci dozasından 6 ay keçibsə, fevralın 15-dən COVİD pasportları etibarsız sayılacaq. Sözügedən pasport buster doza alanlarda müddətsiz hesab olunacaq. Nazirlər kabinetinin yeni qərarına əsasən, müddətsiz peyvənd sertifikatı olanlar sabahdan restoran, mehmanxana və ticarət mərkəzlərinə daxil ola biləcəklər. Yeni tələb eyni zamanda elm və təhsil müəssisələri işçiləri və tələbələrə də şamil olunur. Bu tarixdən etibarən dövlət qurumlarında, həmçinin digər iş və xidmət sahələrində çalışan işçilərin yalnız qüvvədə olan vaksin pasportunun, immunitet və ya əks-göstəriş sertifikatının olması da tələb ediləcək. 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan toyda iştirak edən yaşı 18-dən yuxarı olanlara münasibətdə də yeni tələb qüvvədə olacaq.