• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1009
— 07.02.2022 13:02

Sahibsiz itlər üçün sığınacaq tikilir

KepezTV Player

İndi isə heyvan sevərləri ekran qarşısına dəvət edirik. Çünki bu xəbərimiz onların daha çox ürəyincə olacaq. Belə ki, qərb bölgəsində ilk dəfə olaraq Gəncədə sahibsiz itlər üçün pilot layihə olaraq sığınacaq inşa edilir. İşlər nə yerdədir və sığınacaq hazır olandan sonra orada bəslənəcək heyvanlar barədə daha ətraflı sujetdə tanış olacaqsınız.

Gəncədə sahibsiz itlər üçün sığınacaq şəhərin Atabəylər prospektində inşa edilir. Burada yaşayış yerlərindən kənarda  4 sota yaxın yer ayrılıb və tikinti işləri davam etdirilir. Şəhər İcra Hakimiyyəti, Gəncə İctimai İştirakçılıq Məclisi və Gəncə şəhər Kəpəz Bələdiyyəsinin birgə təşəbbüsü ilə görülən işlər Şəhər Mənzil Kommunal Təsərrüfatı İstahsalat Birliyinin Təmir-bərpa və tikinti şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilir.

İctimai əsaslarla fəaliyyət göstərəcək sığınacaqda ilkin olaraq 50 heyvanın yerləşdirilməsi üçün şərait yaradılır. Burada heyvanların müəyyən edilmiş saatlarda qidalandırılması, baytar tərəfindən müayinə və müalicəsi, həmçinin peyvəndlənməsi təmin olunacaq.

Əsasən sahibsiz küçə itlərinə qayğı, onların öldürülməməsi üçün inşa edilən sığınacaq həm də heyvansevərlər üçün böyük töhfədir. İstənilən şəxs könüllü olaraq sığınacağa gələrək itlərə qulluq, qayğı göstərə bilər. Burada göstəriləcək xidmət üçün heç bir məhdudiyyət yoxdur. Bu isə bir daha heyvanlara cəmiyyət tərəfindən göstərilən diqqət və qayğının bariz nümunəsi hesab edilə bilər. Sığınacaq fevral ayının sonuna kimi istifadəyə verilməsi nəzərdə tutulur.

Elnur Vahidoğlu