• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2421
— 05.02.2022 18:05

"Kəpəz" FM 9 yaşında

KepezTV Player

Regionun ilki Kəpəz fm radiosu 9 il ərzində  dinləyicilərin sevimli radiosuna çevrilməyi bacarıb. "Gəl ey səhər", "Vaxt bizim söz sizin", "Bu axşam" kimi rəngarəng efir proqramları, üstəgəl zövq oxşayan musiqilər. Həftə sonları yerli və xarici top musiqilərdən ibarət çələng. Səhəri Kəpəz FM-də açmaqla gün boyu radiomuzun müxtəlif səpkili verlişlərinə qonaq olub, qulaq verə bilərsiniz. Radio efir tək musiqilərdən və əyləncəli təqdimatlardan ibarət deyil. Dinləyicilərin məlumatlandırılması istiqamətində xəbərlər də çatdırılır. Özü də həftə içi hər gün 2 saatdan bir olmaqla "Kəpəz xəbər" bölgə və ölkə gündəmi ilə 93.3 dalğasında yayımlanır. Radionun fəaliyyəti barədə www.kepeztv.az saytı vasitəsi ilə də izləyə bilərsiniz. Kəpəz tv olaraq, Kəpəz fm kollektivini ürəkdən təbrik edir, bundan sonrakı fəaliyyətində də uğurlar arzu edirik.


Nərgiz Əhmədqızı.