KepezTV Player
Son günlər koronavirus infeksiyasına yoluxma hallarının kəskin artması ilə əlaqədar Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis şöbəsinin əməkdaşları reyd keçirib. İctimai nəqliyyatda reallaşan yoxlamalarda avtobus sürücülərinin, həmçinin taksi fəaliyyəti ilə məşğul olanların COVİD-19 pasportu yoxlanılıb. Bundan başqa sərnişinlərə tibbi maska istifadə etmələrinin vacibliyi izah olunub. Taksi sürücülərinə avtomobillərinə müştəri mindirərkən mütləq qaydada tibbi maska taxmalı olduqları bildirilib. Bu formada reydlər qarşıdakı günlərdə də davam etdiriləcək.
- Baxış: 327