KepezTV Player
Azərbaycan futbolunun tarixi məkanlarından biri olan Gəncə şəhər stadionu söküləcək. Bu barədə qərar AFFA İcraiyyə Komitəsinin iclasında verilib. Arenanın mərhələli şəkildə inşasına başlanılması məqsədəuyğun sayılıb. Stadion Gənclər və İdman Nazirliyinin balansında olduğundan, qurum ilə razılıq əldə olunduqdan sonra işlərə start veriləcək. Əvvəlcə tribunaların sökülməsinə başlanılacaq. Görüləcək işlər birinci Divizionda çıxış edən Kəpəz klubuna problem yaratmayacaq. Komanda bu prosesin müəyyən bir mərhələsində rəqiblərini doğma arenada qəbul edə biləcək.
- Baxış: 464