KepezTV Player
Kəlbəcərdə qış çox sərt keçdiyindən çovğun və külək nəticəsində, təmizlənmiş yollar qısa müddətdə yenidən qarla örtülür. Bu səbəbdən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi rayon ərazisində çətin iqlim şərtlərinə baxmayaraq xidmətini davam etdirir. Ömər aşırımından keçən respublika əhəmiyyətli Gəncə-Kəlbəcər-İstisu və Kəlbəcər-Laçın avtomobil yollarında, həmçinin yerli əhəmiyyətli digər yollarda hərəkətin təhlükəsizliyi və faziləsizliyini təmin etmək üçün yolların qardan və buzdan təmizlənməsi istiqamətində işlər aparılır. Bu məqsəd ilə rayonda qərargah və 21 istiqamətdə dayaq məntəqələri yaradılıb. Əraziyə 100-ə yaxın maşın-mexanizm və texnika təhkim olunub, xidməti qrup yaradılıb.
- Baxış: 362