• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 699
— 02.02.2022 15:56

"Vətən müharibəsində gənclərin rolu həlledici olmuşdur"

KepezTV Player

“Ulu Öndər həmişə olduğu kimi, uzaqgörənlik göstərərək məhz gənclərə üz tutdu, onları dəvət etdi, onlara öz tövsiyələrini verdi və gəncləri gələcək inkişaf üçün təşkilatlandırmaq və hazırlamaq üçün əməli-praktiki addımlar atıldı”. Bu sözləri Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda Prezident İlham Əliyev deyib. Dövlət başçısının sözlərinə görə, bu gün cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında çox önəmli rol oynayır. Gənclərin təşəbbüsləri, onların əməyinin bu gün hər yerdə göründüyü, yeni nəslin vətənpərvərlik ruhunda, dövlətə sədaqət əsasında yetişdirilməsində Heydər Əliyevin xidmətləri arasında önəmli yer tutduğuna diqqət çəkib. Bu günün gəncləri üçün imkanların daha geniş olduğunu xatırladan dövlət başçısı gənclərı bu imkanlardan istifadə etməyə dəvət edib.