• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1428
— 30.01.2022 20:23

Buster doza vurduranların sayı artır

KepezTV Player

Koronavirusun mutasiyası nəticəsində yeni Omikron variantının ortaya çıxmasından sonra, Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə 3-cü peyvənd dozası yəni buster doza tətbiq olunur. Son günlər isə görünən odur ki, yoluxma sayının artması nəticəsində buster dozaya cəlb olunan vətəndaşların sayında artım müşahidə olunub.

Buster doza qüvvətləndirici doza deməkdir. Əvvəllər 2- ci dozadan 6 ay keçdikdən sonra yüksək risk qrupuna daxil olanlar üçün vurulması məqsədəuyğun hesab olunsa da bu gün buster dozanı bütün vətandaşların vurdurması ətrafdakıların və özlərinin sağlamlığı üçün önəmli hesab edilir. Əhali arasında apardığımız sorğu zamanı məlum oldu ki, əksəriyyət insan ÜST təfindən tövsiyyə olunan bu prosesə könüllü qoşulurlar.

Səhiyyə işçiləri buster dozaya artan tələbi bir neçə gündür yoluxma sayının 3000-i ötməsi  ilə əlaqələndirirlər. Həkimlər tövsiyyə edirlər ki, koronavirusun daha yoluxucu ştammlarının ortaya çıxması, mövsümlə əlaqədar havanın soyuması, epidemiyanın daha geniş yayılması riskinin artması, digər tərəfdən də koronavirusa qarşı istifadə olunan peyvəndlərin effektinin müəyyən müddətdən sonra azalması virusla ciddi mübarizəni və buster dozanı zəruri edir.

Vaksinasiya infeksion yoluxma zəncirinin qırılması üçün çox mühüm bir tədbirdir. Bu baxımdan virusdan qorunmada effektiv nəticə əldə etmək üçün vaksindən başqa alternativ  yoxdur.

Bütün ölkədə olduğu kimi Gəncədə də vaksinasiya prosesi uğurla davam etdirilir, indiyədək ümumilikdə 350 minə yaxın sakin vaksin olunub ki, onlardan 143 596-ı 1- ci, 144 577-i  2- ci və 4- cü, 37953 nəfəri isə 3 cü doza vaksin vurduranlardır.

Aişə Rzayeva