• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1076
— 30.01.2022 20:07

Qubadlının Eyvazlı kəndindəki gömrük postunda 2 milyon vəsait toplanıb

KepezTV Player

Zəngəzur dəhlizinin açılması ilə əlaqədar olaraq orada müasir tələblərə cavab verən təmassız gömrük xidmətləri təşkil ediləcək. Bunları Dövlət Gömrük Komitəsinin 30 illik yubileyinə həsr olunan mediakonfransda komitə sədri Səfər Mehdiyev bildirib. Həmçinin qeyd edib ki, şimal qapımız Rusiya ilə olan “Xanoba” gömrük postunun və oradakı ticarətin asanlaşdırılması terminalının tikinti-quraşdırılması işlərinin bu il yekunlaşdırılması nəzərdə tutulub. Səfər Mehdiyev Ermənistanla sərhəddə, Gorus-Qafan yolunda olan gömrük postlarının fəaliyyətindən də danışıb. Detallar sujetimizdə.

Bu günə qədər işğaldan azad edilən Qubadlının Eyvazlı kəndində yerləşən gömrük postundan 7 minə yaxın nəqliyyat vasitəsi keçib. Bu nəqliyyat vasitələrindən 2 milyon manata yaxın vəsait toplanaraq dövlət büdcəsinə köçürülüb. Eyni zamanda torpaqların işğaldan azad olunması həmin ərazilərdən kəçən narkoticarət trafikinin qarşısını alıb.

Səfər Mehdiyev DGK-nin sədri:Bu trafikin qarşısının alınması sayəsində ötən ilin ikinci yarısından sonra 2 tondan çox narkotik vasitə aşkarlanıb.....

Ötən il ərzində gömrük keçid məntəqələrinin və postlarının rəqəmsallaşması, gömrük əməliyyatlarının təmassız həyata keçirilməsi istiqamətində də işlər görülüb. Həmçinin smart kastms, yəni ağıllı gömrük platforması da yenilənərək istifadəçilərə təqdim edilib.

Səfər Mehdiyev DGK-nin sədri: 2021-ci ildə "Smart Customs" və digər elektron xidmətlərdən istifadə 14 milyondan çox olub: "Bu xidmətlərin 7-8 milyonu fiziki şəxslərin payına düşür...

Qeyd edək ki, açıqlamaları qurum sədri Gömrük xidmətinin yaranmasının 30 illiyi və gömrük əməkdaşlarının peşə bayramına həsr olunan tədbirdə səsləndirib. Tədbirdə Ümumdünya Gömrük Təkilatının baş katibi Kunio Mikuriya da iştirak edib.