• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1602
— 30.01.2022 20:00

Şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirilib

KepezTV Player

Torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda edərək şəhidlik zirvəsinə yüksələn Vətən övladlarının xatirəsinə ehtiram məqsədilə anım mərasimləri keçirilib. Vətən müharibəsi şəhidləri Nəcəf Şikarov, Sənan Kərimov,  Elvin Əlimov, Elzar Yusubov, İsmayıl Mehdiyev, Tamerlan Mahmudov, Ruhid İslamlı, Mehrac Əhədov və Vətən Müharibəsi Qəhrəmanı şəhid Azad Hümbətovun xatirəsinə həsr olunan tədbirlərdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, şəhidlərin ailə üzvləri, dostları, eləcə də döyüş yoldaşları iştirak ediblər. Şəhidlərin şərəfli ömür və döyüş yolundan bəhs edən videoçarxlar təqdim olunub. Keçirilən mərasimlərdə şəhidlərimizə həsr olunan şeirlər, vətənpərvərliyi tərənnüm edən musiqilər səsləndirilib.