• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1067
— 30.01.2022 19:46

Müdafiə Nazirliyi əsgər valideynləri və yaxınlarına müraciət edib

KepezTV Player

Son günlər ölkədə COVID-19 virusuna yoluxma sayında artımın müşahidə edildiyi nəzərə alınaraq Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların valideynləri və yaxınları ilə görüşü müvəqqəti qadağan olunub. Hərbi qulluqçuların sağlamlığının qorunması və xəstəliyə yoluxma riskinin qarşısının alınması məqsədilə əsgər valideynləri və yaxınlarına hərbi hissələrə gəlməməyi, xüsusi ilə də fevralın 6-da keçirilməsi planlaşdırılan andiçmə mərasimlərində iştirak etməməyi tövsiyə edirik. "Vətəndaşlarımızı ordumuzda tətbiq olunan tibbi təminat tədbirlərini anlayışla qarşılamağa və karantin qaydalarına ciddi riayət etməyə çağırırıq" - deyə Müdafiə Nazirliyindən bildirilib.

Digər xəbərində nazirlik əlillik dərəcəsinin verilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumata cavab verib. Qeyd olunub ki, əlillik dərəcəsinin verilməsi Müdafiə Nazirliyinin səlahiyyətləri çərçivəsində deyil. Bu kimi məsələlərin həlli ilə bağlı müvafiq dövlət qürumlarına müraciət edilməsi tövsiyə edilir.